BaşlıcaSiyasət

BQXK Ermənistanda həbs edilən azərbaycanlı  əskərlərə baş çəkib

Avqustun 7-də BQXK nümayəndələri bu yaxınlarda Ermənistanda həbs edilmiş iki azərbaycanlı əskərə baş çəkiblər.

Onlarla fərdi görüş keçirilib və ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb. Bu barədə Azərbaycan mətbuatı məlumatlandırıb.

Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədini keçən əskərlərdən Hüseyn Axundov 20 il, eyni zamanda adam öldürməkdə təqsirli bilinən digər hərbçi Aqşin Bəbirov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Daha çox göstər
Back to top button