BaşlıcaSiyasət

ER XİN-in sözçüsü:  “İndi beynəlxalq səylər müvafiq alətlərlə Laçın dəhlizinin yenidən açılmasına yönəldilməlidir”

Ermənistan Xarici işlər nazirliyinin mətbuat katibi Ani Badalyan vurğulayıb ki, Ermənistan digərləri ilə yanaşı, Dağlıq Qarabağın blokadası nəticəsində Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsnin  qərarını pozması ilə bağlı, Avropa Parlamenti tərəfindən qəbul edilən məqsədyönlü bbəyanatları yüksək qiymətləndirir..

”ndi beynəlxalq səylər müvafiq alətlərlə Laçın dəhlizinin yenidən açılmasına yönəldilməlidir” – deyə XİN sözçüsü özünün X (keçmiş Twitter) mikrobloqunda Avropanın müxtəlif qurumlarının bəyanatlarından çıxarışlar yerləşdirərək yazıb.

Ötən ilin dekabrından Azərbaycan Qarabağı Ermənistanla birləşdirən yeganə yolu, Laçın dəhlizini bağlayıb.

 İlkin olaraq ekoloq adlanan şəxslər saxta ekoloji əsaslandırmalar və tələblərlə dəhlizin qarşısını kəsiblər və Azərbaycan dəhlizin marşrutunu dəyişdirdikdən sonra dəhlizdə qeyri-qanuni keçid məntəqəsi quraşdıraraq sərbəst hərəkətə maneələr yaradıb.

Əvvəlcə dəhlizlə müəyyən qədər hərəkət olub, lakin Rusiya sülhməramlı qoşunlarının vasitəçiliyi ilə Dağlıq Qarabağa məhdud miqdarda humanitar yük daxil olub.

Həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə müalicəyə ehtiyacı olan insanlar Ermənistan və əks istiqamətdə bu ərazilərə daşınıb.

  İyunun 15-dən Azərbaycan Laçın dəhlizini tamamilə bağlayıb. İyunun 15-dən Qarabağa bir kiloqram da olsa ərzaq daxil olmayıb.

İyulun 26-da Ermənistan hökuməti 21 yük maşını ilə Dağlıq Qarabağa humanitar yardım göndərib.

Humanitar yardım iyulun 26-da Laçın dəhlizinin girişinə daxil olub. Ermənistan Dağlıq Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı qoşunlarının nümayəndələrinə yükü qəbul edib, 8 ay ərzində Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində humanitar böhranın yarandığı Dağlıq Qarabağa daşınmasını xahiş edib.

Ermənistandan yük maşınları ilə Dağlıq Qarabağa makaron, qənd, bitki yağı, süd tozu, duz, uşaq qidası, dərmanlar göndərilir. Azərbaycan indiyədək humanitar yardım maşınlarının Dağlıq Qarabağa daxil olmasına mane olub.

Daha çox göstər
Back to top button