ArtsaxBaşlıcaSiyasət

Beynəlxalq ictimaiyyət ermənilərin soyqırımına qarşı

Təxminən 8 aydır ki,Laçin dəhlizi Azərbaycan tərəfindən qanunsuz şəkildə bağlanıb. Beynəlxalq aləmdə Azərbaycanın bu cinayətkar siyasətinin dayandırılması çağırışları daha da aktivləşir və ünvanlı, konkret xarakter alır. Xüsusilə də, beynəlxalq hüquq üzrə aparıcı mütəxəssis,  Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo “2023-cü ildə erməni soyqırımı” hesabatını dərc edərək, qeyd etdi ki, Bakı Dağlıq Qarabağın etnik ermənilərinə qarşı soyqırım siyasəti aparır.

O qeyd edib ki, Soyqırım Konvensiyasının 2-ci maddəsinin “c” bəndinə əsasən,  qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması soyqırımdır. Aclıq soyqırımın görünməz silahıdır. Bir çox cəhətdən Dağlıq Qarabağın etnik ermənilərinin aclıqdan ölməsi soyqırımın arxetipidir.

“Bu sahədə müəyyən təcrübəyə malik bir şəxs kimi, mən qərəzsiz hesabat verməklə öz töhfəmi verməkdən şərəf duydum və Dağlıq Qarabağda ermənilərin məhv edilməsinin qarşısını almaq istəyən istənilən tərəfə kömək etməyə hazıram”.

Məşhur “Forbes” jurnalı, eləcə də bir sıra nüfuzlu beynəlxalq media platformaları bu hesabatı geniş şəkildə işıqlandırıblarr. Bu isə, təbii ki, Bakıda növbəti isteriyaya səbəb olub. 

Müxtəlif beynəlxalq platformalar və strukturlar tərəfindən verilən bəyanatlara paralel olaraq dünyanın müxtəlif yerlərində diasporadakı ermənilər də Artsaxın xilası, dəstəklənməsi və müdafiəsi üçün etiraz aksiyaları təşkil ediblər. Oxşar böyük nümayişlər bir sıra Amerika və Avropa şəhərlərində təşkil olunub. 

Artsaxda böhranın güclənməsinə diqqəti cəlb etmək üçün yüzlərlə erməniləri  bir müddət Glendeylin əsas magistral yollardan birini bağlayıblar. Amerika erməniləri beynəlxalq ictimaiyyətdən Azərbaycanın hərəkətlərinə sərt reaksiya tələb edərək, konqresmen Adam Şiffin görüş tələbi ilə konqresmenin ofisi qarşısında aksiya təşkil ediblər. Aksiya iştirakçıları Adam Şiffdən Ermənistana getməyi, Laçin dəhlizinə səfər etməyi tələb ediblər. ABŞ konqresmeni Adam Şiff etirazçıları qəbul etməyə razılıq verib.

Daha əvvəl, Adam Şif bəyan edib ki, ABŞ Artsax Respublikasının müstəqilliyini tanımalıdır.. O onu da bildirib ki, o, ABŞ prezidenti Co Baydenin administrasiyası, Dövlət Departamenti Azərbaycana hərbi yardımın dayandırılması və Artsaxdakı böhrana görə məsuliyyət daşıyan bütün şəxslərə qarşı sanksiyaların tətbiq etməyə çağırıb. 

Yaranmış bu vəziyyətdə beynəlxalq strukturlar insan hüquq və azadlıqlarına üstünlük verməlidi və bütün mümkün vasitələrdən istifadə edərək hər gün gün insan hüquqlarını kobud şəkildə pozan və soyqırımı siyasətini aparan Azərbaycana qarşı təzyiq göstərməlidir.

Daha çox göstər
Back to top button