BaşlıcaSiyasət

RF MN-I Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması faktını qeydə alıb

Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bu barədə Rusiya Federasiyası Müdafiə nazirliyinin avqustun 10-da Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı məlumat bülletenində deyilir.

Əsgəran rayonu ərazisində atəşkəs rejiminin 1 pozulması faktı qeydə alınıb. Ölən və xəsarət alan olmayıb.

Faktla bağlı Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır.

Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı əməkdaşlıq aparılır.

Daha çox göstər
Back to top button