BaşlıcaSiyasət

Yüklərlə dolu maşınlar 17 gündür ki, Kornidzorda hərəkətsiz vəziyyətdədir

Dağlıq Qarabağda humanitar böhranın idarə olunması üzrə işçi qrupunun nümayəndəsi Vardan Sargsyan “Lurer”ə müsahibəsində qeyd edib ki, bu günlər ərzində ER-da akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri və o cümlədən, BMT-nin Yerevan ofisinin nümayəndələri Kornidzor sərhəd bölgəsinə baş çəkiblər və 8 aydır blokadada olan Laçın dəhlizinin bağlı olmasının, nəticədə DQ xalqına humanitar yardımın çatdırılmasının mümkün olmadığının şahidi olublar.

Sargsyan qeyd edib ki, Kornidzorun bu hissəsinə bir çox beynəlxalq media nümayəndələri də baş çəkib, onlar qanunsuz quraşdırılmış Azərbaycan keçid məntəqəsindən görünən məsafədə öz gözləri ilə görüb və əmin olublar ki, keçid məntəqəsində heç bir hərəkət yoxdur.

“Beynəlxalq ictimaiyyət tərəfindən ümumi diqqətin və marağın artmasına, böhranın dərinləşməsi ilə bağlı bəyanat və narahatlıqlara, mediada dərc olunan yazılara baxmayaraq, biz Azərbaycan tərəfinin hələ də qəribə şəkildə Laçın dəhlizinin açıq olması ilə bağlı bəyanatlarının şahidi oluruq, lakin bunun reallıqla heç bir əlaqəsi yoxdur”,-deyə o əlavə edib ki,

ER hökumətinin bu təşəbbüsünün sırf humanitar xarakter daşıdığı heç kəsdə şübhə doğurmur və Azərbaycanın əsassız fərziyyələri və mövzunu siyasiləşdirmək cəhdləri bu prosesə kölgə sala bilməz.

“Ümid edirəm ki, bu humanitar təşəbbüsü həyata keçirmək mümkün olacaq və mürəkkəb problemlərlə üzləşən Dağlıq Qarabağın 120 min əhalisinin ehtiyacları ödəniləcək”, – o deyib.

Daha çox göstər
Back to top button