BaşlıcaBeynəlxalq

Adam Şif Qarabağdakı humanitar böhranın həlli ilə bağlı ABŞ Prezidenti Co Baydenə məktub yazmağa hazırlaşır

ABŞ konqresmeni Adam Şiff Qarabağdakı humanitar böhranın həlli ilə bağlı ABŞ prezidenti Co Baydenə məktub yazmağa hazırlaşır.

Bu haqda ABŞ-da olan  erməni icmasının nümayəndəsi Davit Mnatsakanyan Facebook səhifəsində məlumatlandırıb.

O, Adam Şifflə erməni icmasının nümayəndələri arasında keçirilən görüşün təfərrüatları barədə məlumat verib və qeyd edib ki, konqresmen bundan sonra da ermənilərə yardımda iştirak etməyə hazırdır.

“Qarabağın əsas problemləri müzakirə olunub, ilk növbədə Qarabağa ərzaqların hava və quru yolu ilə mümkün qədər tez çatdırılması məsələsi müzakirə edildi:

Adam Şif işi davam etdirmək niyyətində olduğunu bildirdi, indi prezidentə göndərmək üçün məktub hazırlayır:

Sevimli Qarabağ, biz sizinləyik, mübarizəmizi dayandırmırıq, mən Spyurkun  (diasporun) digər təşkilatlarını işləməyə çağırıram:

Bizim əsas problemimiz Artsaxdır, lakin bizim məqsədimiz həm də parçalanma yox, birləşdiyimizi göstərməkdir” –  deyə Mnatsakanyan bildirib.

Bir müddət əvvəl Amerika ermənilərinin Qarabağa dəstək kimi bir neçə gündür ki, dinc itaətsizlik aksiyası həyata keçirdiklərini xəbər vermişdik.

Onlar küçələri bağlayıb, Şifin idarəsi önündə həmçinin oturaq aksiya keçirib.Onu  Ermənistanın Kornidzor  icmasına  getməyə çağırıblar.Daha  sonr vəziyyətlə yerindəcə tanış olmaq üçün Laçın dəhlizinə getsin.

Avqustun 11-də məlum olub ki, Şif etiraz edən  amerikan erməniləriylə ilə görüşməyə razılaşıbdır.

Daha çox göstər
Back to top button