BaşlıcaSiyasət

Ararat Mirzoyan:  “DQ , Ermənistan və dünyanın qalan hissəsi arasında fasiləsiz əlaqələrin bərpası üçün sivil dünyanın birgə səyləri lazımdır”

Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan ilə Belçikanın Xarici işlər naziri Haca Lahbib arasında telefon danışığı olub.

Aldığımız məlumata görə, bu barədə Ermənistan XİN-in rəsmi saytında məlumat yerləşdirilib.

Nazir Mirzoyan Azərbaycanın Laçın dəhlizinin qarşısınının bağlanması  nəticəsində Dağlıq Qarabağda daha da ağırlaşan humanitar böhranı təqdim edərək, Dağlıq Qarabağın 120 min əhalisi üçün ağır şərait yaradıldığını vurğulayıb.

 Ermənistan Respublikasının Xarici işlər naziri həssas qruplar, o cümlədən hamilə qadınlar, qocalar, xroniki xəstəlikləri olan insanlar üçün vəziyyətin ciddiliyini xüsusilə vurğulayaraq, onların lazımi dərman və tibbi yardımdan məhrum olduqlarını qeyd edib.

Dağlıq Qarabağa çıxışı olan yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qızıl Xaç Komitəsinin tam və fasiləsiz fəaliyyətinin təmin edilməsinin vacibliyinə də toxunulub.

“Oxşar çətin humanitar vəziyyətlər yalnız bir ölkənin problemi ola bilməz. Laçın dəhlizinin qarşısının bağlanması Ermənistanla dünyanın qalan hissəsi arasında fasiləsiz əlaqənin bərpası naminə sivil dünyanın birgə səyləri lazımdır” – deyərək ER XİN rəhbəri vurğuladı.

Telefon danışığı zamanı ikitərəfli gündəliyə də toxunulub. Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər də daxil olmaqla, Ermənistan və Belçika arasında əməkdaşlığın inkişafı istiqamətində addımlar atmağa hazır olduqlarını bildiriblər

Daha çox göstər
Back to top button