BaşlıcaSiyasət

ER DQ-da humanitar vəziyyətin kəskinləşməsi ilə bağlı BMT TŞ fövqəladə sessiya çağırmaq xahişi ilə müraciət edib

Avqustun 11-də Ermənistan Respublikası Dağlıq Qarabağın mülki əhalisinin məcburi tam blokadaya alınması nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına fövqəladə iclasın çağırılması xahişi ilə müraciət edib.

Aldığımız məlumata görə, bu haqda ER Xarici işlər nazirliyi öz rəsmi səhifəsində Ermənistan Respublikasının BMT-dəki daimi nümayəndəsi Mher Markaryanın BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanlanmış məktubunu yerləşdirərək məlumatlandırıb.

“Ermənistan Respublikasının Xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasının sədrinə 12 iyul 2023-cü il tarixli məktubuna əlavə olaraq, Dağlıq Qarabağəhalisinin məcburi tam blokada nəticəsində humanitar vəziyyətin kəskinləşməsi ilə bağlı Sizə müraciət edirəm.

2023-cü il iyunun 15-dən başlayaraq Azərbaycan Dağlıq Qarabağı Ermənistan və xarici aləmə birləşdirən yeganə marşrut olan Laçın dəhlizini tamamilə bağladığında, ərzaq, dərman və yanacaq daxil olmaqla, zəruri malların kəskin çatışmazlığı daha da kəskinləşdi.

Azərbaycanın Dağlıq Qarabağa təbii qaz və elektrik enerjisinin verilişinin qəsdən davamlı olaraq kəsilməsi insanların güzəranına ciddi şəkildə ziyan vurub.

Bütün humanitar yardımların dayandırılması, məhdud daxili təchizatın tədricən istifadəsi, Azərbaycan silahlı qüvvələri tərəfindən kənd təsərrüfatı sahələrinin məqsədyönlü şəkildə atəşə tutulması kəskin ərzaq qıtlığına və mağazaların bağlanmasına səbəb olub.

 Əsas qida və vitamin çatışmazlığı səbəbindən 2 minə yaxın hamilə qadın, 30 minə yaxın uşaq, 20 min qoca və 9 min əlil insan qida çatışmazlığı şəraitində yaşamaq üçün mübarizə aparmaqdadır.

Xroniki xəstəlikləri olan, o cümlədən 4687 şəkərli diabet, 8450 qan dövranı xəstəliyi olan insanlar demək olar ki, hər hansı bir dərman  təchizantı olmadan, dərmansız qalıb.

Bu vəziyyətin nəticəsi olaraq bir sıra xəstəliklər, o cümlədən ürək-damar xəstəlikləri və bədxassəli yenitörəmələrdən ölüm hallarında artım müşahidə olunub.

Yanvar-iyul ayları arasında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həkim nəzarətində olan hamilə qadınlar arasında anemiyanın səviyyəsi təqribən 90%-ə çatıb ki, bu da düzgün qidalanmamaq və müvafiq dərman vasitələrinin olmaması və ya çatışmazlığı ilə əlaqədardır.

Üstəlik, isti hava şəraiti, dezinfeksiyaedici və dərman preparatlarının çatışmazlığı bölgədə epidemiya riskini yaradır.

Bunun nəticəsidir ki, bu gün Dağlıq Qarabağ xalqı tam humanitar fəlakət astanasındadır.

Azərbaycanın bu hərəkətləri təkcə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamənin və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deyil, həm də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul 2023-cü il tarixli qərarlarını birbaşa pozur.

 “Laçın dəhlizi ilə insanların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə fasiləsiz hərəkətini təmin etmək üçün bütün tədbirləri görməlidir”.

Əhali üçün qəsdən həyata bir araya sığmayan şərait yaratmaq Dağlıq Qarabağın yerli əhalisinə qarşı törədilən kütləvi cinayətdən, onları öz yurd-yuvasını, vətənini tərk etməyə məcbur etməkdən başqa bir şey deyil.

Dağlıq Qarabağ xalqına qarşı bu cür kollektiv cəzaların tətbiqi onlar üçün ontoloji təhlükə yaradır, əgər onlar Azərbaycanın işğalçı siyasətinə qarşı tək qalacaqlar.

Mövcud şəraitdə Ermənistan hökuməti qlobal təhlükəsizliyin təmin edilməsi və kütləvi cinayətlərin, o cümlədən müharibə cinayətləri, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və soyqırımların qarşısının alınması üzrə əsas orqan kimi BMT Təhlükəsizlik Şurasının müdaxiləsinə can atır.

BMT Təhlükəsizlik Şurasının sədrinə (S/2022/688) 13 sentyabr 2022-ci il tarixli məktubuma istinad edərək və Təhlükəsizlik Şurasının 20 dekabr 2022-ci ildə çağırılan iclasından sonra biz BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasının  BMT Nizamnaməsinin 35-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq çağırılmasını xahiş edirik.

.

Mən həmçinin BMT Nizamnaməsinin müvafiq müddəalarına və Təhlükəsizlik Şurasının Prosessual Reqlamentinin 37-ci Qaydasına uyğun olaraq Ermənistan nümayəndə heyətinə Şuranın sessiyasında iştirak etmək imkanı verilməsini xahiş edirəm” – deyərək məktubda  bildirilib.

Daha çox göstər
Back to top button