BaşlıcaSiyasət

Rus pilotlar Ermənistanda təlim uçuşları həyata keçirib

Rus pilotlar Ermənistanda təlim uçuşları həyata keçirib. Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Rusiya Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilmiş 102-ci bazasının aviasiya ekipajları akrobatik elementlər yerinə yetiriblər.

Təlimlər Erebuni aerodromunda həyata keçirilib. Uçuşlara Cənub Hərbi Dairəsinin 120-dən çox hərbi qulluqçusu, 20-yə yaxın hərbi və xüsusi texnika cəlb olunub.

Daha çox göstər
Back to top button