BaşlıcaSiyasət

AB missiyası təsdiq edir: Azərbaycan hərbçiləri müşahidəçilər üzərinə atəş açıb

AB-nin müşahidə missiyası Azərbaycan silahlı qüvvələrinin müşahidəçilər istiqamətində atəş açdığını təsdiq edir.

“Biz təsdiq edirik ki, AB müşahidə missiyasının patrulları bizim məsuliyyət zonamızda baş verən atışmalarda iştirak ediblər. AB missiyasının heç bir üzvü xəsarət almayıb”- deyə missiyanın Twitter səhifəsində qeyd olunub.

Müdafiə nazirliyinin mətbuat xidmətinin məlumatına görə, avqustun 15-də saat 12:20 radələrində Azərbaycan silahlı qüvvələrinin bölmələri Verin Şorja istiqamətində patrul xidməti həyata keçirən Avropa Birliyinin müşahidəçilərini və onların avtomobilini iriçaplı silahlardan atəşə tutub.

AB-nin müşahidə missiyası Ermənistan Müdafiə nazirliyinin mesajını təkzib etsə də, internetdə AB müşahidəçilərindən birinin onların avtomobilinin Azərbaycan mövqelərindən necə vurulduğunu anlatdığı video yayılıb.

 AB-nin Ermənistandakı missiyası Ermənistan Müdafiə nazirliyinin mesajını təkzib edən postu silib və az sonra atışma faktını təsdiqləyibdir.

Daha çox göstər
Back to top button