BaşlıcaSiyasət

Erməni Mədəniyyət və Təhsil Mərkəzi İsrail hakimiyyətinə müraciət edərək Azərbaycan rəhbərliyinə təsir göstərmək çağırışını edib

İsraildə fəaliyyət göstərən “Nuhun gəmisi” Erməni Mədəniyyəti və Təhsil Mərkəzi adından İsrail hakimiyyətinə rəsmi mesaj göndərilib.

“Biz İsraili Azərbaycan rəhbərliyinə təsir göstərməyə və ermənilərin etnik qırğına cəhdini dayandırmağa çağırırıq.

2022-ci ildən Artsaxın erməni əhalisi mühasirədədir, nə yemək, nə dərman, nə də yanacaq…

Əgər İsrail dövləti Azərbaycana təsir etməsə, o zaman o insanların qanı sizin ölkənin vicdanınız üzərində  qalacaq.

İndi aclıq və asta ölüm mərhələsində olan bu xalq, soyqırımın dəhşətlərini dünyaya 24  tanınmış insanarı verib kimlər ki,  yəhudiləri xilas edərək öz həyatlarıı riskə atmışlar.Ona görə ki, özləri Soyqırımının  dəhşətləri  içərisindən  keçmişdir. (Həmin o Soyqımından  hansını ki, indiyəcən  İsrail dövləti tərəfindən tanınılmayıb).

Əgər həyatın müqəddəsliyi və fəziləti ölkəmiz üçün boş sözə çevrilməyibsə, o zaman İsrail müdaxilə edib o günahsız insanların həyatını xilas etməyə borcludur” – deyə mesajda bildirilir.

Daha çox göstər
Back to top button