ArtsaxBaşlıcaSiyasət

Ameriakdakı ermənilər Fransa və Çin konsulluqları və Böyük Britaniya konsulunun evi yaxınlığında etiraz aksiyaları keçiriblər

Los-Ancelesdəki ermənilər Fransa və Çinin ABŞ-dakı baş konsulluqları, eləcə də Britaniya konsulunun evi yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar Azərbaycanın Artsaxda həyata keçirdiyi soyqırımın qarşısını almaq üçün addımlar atmağı tələb edirlər.

Onlar Fransa və Çin konsulluqlarının binalarına, həmçinin Britaniya konsulunun evinin qarşısında “Artsaxda soyqırımın dayandırılmasına səs verin” yazısı olan plakatlar asıblar.

Aksiya iştirakçıalrı xatırladıb ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurası fövqəladə sessiyada Azərbaycan tərəfindən Laçin dəhlizinin blokadası nəticəsində Artsaxdakı vəziyyəti müzakirə edəcək.

“Biz gözləyirik ki, əsas aktor dövlətlər Artsaxın təhlükəsizliyinin təmin edilməsi məsələsinə müsbət həll verəcək, Azərbaycanı dəhlizi açmağa məcbur edəcəklər. Artsaxda artıq aclıq hadisəsi var, təbii ki, biz bu vəziyyətdə sakit otura bilmərik”.

Onlar bildiriblər ki, Azərbaycanın Los-Ancelesdəki konsulluğunda etiraz aksiyasını da davam etdirəcəklər.

Daha çox göstər
Back to top button