BaşlıcaSiyasət

Soyqırımın dayandırılması üçün tədbirlər görün: Marukyan beynəlxalq ictimaiyyətə müraciət edib

ER xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan Dağlıq Qarabağda qeydə alınan aclıqdan ölüm hadisəsinə toxunub.

Marukyan özünün X sosial şəbəkəsinin mikrobloqunda ABŞ və Fransa prezidentlərinə, ABŞ dövlət katibinə, Avropa Şurasının prezidentinə, Aİ diplomatiyasının rəhbərinə və digər şəxslərə müraciətlə yazıb.

“8 aydır ki, hər gün bununla bağlı xəbərdarlıq edirik. Xahiş edirik, Dağlıq Qarabağda etnik təmizləmə və soyqırımı dayandırmaq üçün tədbirlər görəsiniz”, – deyə o yazıb.

Qeyd edək ki, avqustun 15-də DQ Ombudsmanı Stepanakertdə 40 yaşlı kişinin aclıqdan öldüyünü bildirib.

Daha çox göstər
Back to top button