BaşlıcaSiyasət

ABŞ Azərbaycanı Laçın dəhlizi ilə manəsiz tranziti bərpa etməyə çağırmaqda davam edir: Kirbi

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar məsələləri üzrə koordinatoru Con Kirbi brifinq zamanı bəyan edib ki, ABŞ Laçın dəhlizinin kommersiya, humanitar və şəxsi avtomobillər üçün bağlanmasından dərin narahatdır.

“Biz o dəhlizin yenidən açılmasını istəyirik. Biz Azərbaycan hökumətini kommersiya, humanitar və şəxsi avtomobillərin dəhlizdən sərbəst keçidini mümkün qədər tez bərpa etməyə çağırmaqda davam edirik”, – deyə Kirbi bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar regionda dinc yolla nizamlanması və gərginliyin azalması, eləcə də Laçın dəhlizinin açılmasına kömək etmək üçün iştirakını davam etdirəcək.

Daha çox göstər
Back to top button