BaşlıcaSiyasət

Dağlıq Qarabağda mövcud humanitar vəziyyət bütün Cənubi Qafqaz regionunda sülh perspektivlərini pisləşdirə bilər: Mirzoyan

ER xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının fövqəladə sessiyasında bəyanatla çıxış edib.

A.Mirzoyan Dağlıq Qarabağdakı humanitar vəziyyəti müzakirə etmək üçün bu fövqəladə sessiyanı çağırdığına görə Təhlükəsizlik Şurasına təşəkkür edib və qeyd edib ki, son iki ildə Ermənistan beynəlxalq ictimaiyyətin dəstəyi ilə regionumuzda sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəməmişdir.

“Hesab edirəm ki, bu gün bizim bu məqsədə çatmaq üçün hələ şansımız var. Bununla belə, Dağlıq Qarabağda mövcud humanitar vəziyyət bütün Cənubi Qafqaz regionunda və ondan kənarda sülh perspektivlərini xeyli pisləşdirə bilər”,-deyə o əlavə etdi.

Nazir DQ-da yaranan vəziyyətinə toxunaraq qeyd edib ki, 2023-cü il aprelin 23-də Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin qərarını və 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatı pozaraq, Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yerləşdirib.

2023-cü il iyunun 15-də isə, Azərbaycan daha da irəli getdi və Laçın dəhlizini tamamilə bağladı, Dağlıq Qarabağa hər hansı, hətta humanitar, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin girişini qadağan etdi.

2023-cü il iyulun 26-da Ermənistan Respublikasından göndərilən humanitar yardım indiyədək Laçın dəhlizinin girişində qalıb, çünki Azərbaycan tərəfi yardımın çatdırılmasına imkan vermir.

Dağlıq Qarabağda yaşayan 120 min insan öz fundamental hüquqlarını həyata keçirmək imkanından məhrumdur.

“Əvvəlki aylarda bir çoxlarınız Laçın dəhlizinin açılması problemini həll etməyə çalışmısınız. Lakin bütün müraciətlərə, 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərə, Beynəlxalq Ədalət Məhkəməsinin hüquqi qüvvəyə malik qərarlarına baxmayaraq vəziyyət yaxşılaşmayıb. Əksinə, Azərbaycan Dağlıq Qarabağın tam mühasirəyə alınmasına qədər, ardıcıl olaraq blokadanı gücləndirib.

Ermənistan ABŞ, Aİ və Rusiyanın ayrı-ayrılıqda yardım və vasitəçiliyi ilə Azərbaycanla aparılan bütün danışıqlarda Laçın dəhlizinin bağlanması və humanitar böhranın dərinləşməsi ilə bağlı narahatlığını ifadə edib, lakin yenə də nəticəsiz”,-deyə nazir vurğuladı ki, Laçın dəhlizi Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz kimi razılaşdırılıb və onun alternativi yoxdur, Laçın dəhlizi açılmalı və digər mümkün kommunikasiyalara gəlincə, o, Bakı-Stepanakert dialoqunun beynəlxalq mexanizmi çərçivəsində həll edilməlidir.

Nazir qeyd etdi ki, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun hesabatında Dağlıq Qarabağda baş verənlər soyqırım kimi qiymətləndirilir. Aclıq soyqırımın görünməz silahıdır. Kəskin addımlar atılmasa, bir qrup erməni bir neçə həftəyə məhv ediləcək.

“Hörmətli Təhlükəsizlik Şurası, belə bir fəlakətin qarşısını almaq Birləşmiş Millətlər Təşkilatının və bu Şuranın əsas vəzifəsidir. Mən, həqiqətən də, inanıram ki, bu əlamətdar quruluş, geosiyasi fikir ayrılıqlarına baxmayaraq, soyqırımı həvəsləndirən strukturu deyil, soyqırımın qarşısının alınması strukturu kimi çıxış edə bilər”,-Mirzoyan bildirdi.

Daha çox göstər
Back to top button