Avqustun 16-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Braziliyanın xarici işlər naziri Mauro Vieyra ilə telefon danışığı aparıb. Bu barədə ER Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ararat Mirzoyan həmkarına Azərbaycan tərəfindən Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağın 120 min əhalisinin və xüsusilə həssas qrupların fundamental hüquqlarının pozulmasını və onlar üçün yaradılmış son dərəcə çətin şəraiti, o cümlədən kəskin ərzaq çatışmazlığını təqdim edib.
O vurğulayıb ki, Azərbaycan təkcə 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları və beynəlxalq humanitar hüquq normaları deyil, həm də BMT-nin ali hüquqi orqanı olan Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli məcburi qərarlarını pozur.
Nazir Mirzoyan Laçın dəhlizi ilə hər iki istiqamətdə fasiləsiz hərəkəti bərpa etməklə Dağlıq Qarabağda hər saat kəskinləşən humanitar böhranın aradan qaldırılmasının vacibliyini vurğulayıb və BMT Təhlükəsizlik Şurasının humanitar fəlakətin qarşısının alınması kontekstində həlledici rol oynaya biləcəyinə inandığını bildirib.