BaşlıcaSiyasət

Beynəlxalq ictimaiyyət DQ-da humanitar böhranın mövcudluğunu təsdiqləyir – VİDEO

Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizinin qanunsuz bağlanması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranla bağlı fövqəladə sessiya keçirilib.

Sessiya zamanı beynəlxalq ictimaiyyət Azərbaycana Laçın dəhlizinin qeyri-qanuni blokadasının aradan qaldırılması ilə bağlı aydın və kollektiv çağırış edib, Laçın dəhlizinin bağlı olduğunu vurğulayıb və Dağlıq Qarabağda humanitar böhranın mövcudluğunu təsdiqləyib.

ER xarici işlər naziri Ararat Mirzoyan öz çıxışında qeyd edib ki, son iki ildə Ermənistan beynəlxalq ictimaiyyətin dəstəyi ilə regionumuzda sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəməmişdir. Lakin Dağlıq Qarabağda mövcud humanitar vəziyyət bütün Cənubi Qafqaz regionunda və ondan kənarda sülh perspektivlərini xeyli pisləşdirə bilər.

Mirzoyan vurğulayıb ki, belə bir fəlakətin qarşısını almaq Birləşmiş Millətlər Təşkilatının vəzifəsidir və bu qurum soyqırımı təşviq edən deyil, soyqırımın qarşısını alan qurum olmalıdır.

Təhlükəsizlik Şurasına üzv olan 15 ölkənin nümayəndələrinin böyük əksəriyyəti qeyd etdi ki, humanitar məsələlər 120 min insanın hüquqlarını boğmaq üçün alət kimi istifadə edilə bilməz.

Xatırladaq ki, Azərbaycan iyunun 15-dən etnik təmizləmə və soyqırımı siyasətini gizlətmədən, Dağlıq Qarabağ əhalisini tam blokadada saxlayır.

Bütün beynəlxalq proseslərlə yanaşı, rəsmi Bakı təmas xəttində vəziyyəti gərginləşdirməkdə və təxribat xarakterli hərəkətləri üçün informasiya zəmini hazırlamaqda davam edir.

Qeyd edək ki, yalnız son bir ay ərzində Azərbaycan iki mülki vətəndaşı və ER Silahlı Qüvvələrinin bir ehtiyatda olan hərbçisini əsir götürüb. Stepanakertdə isə aclıqdan ölüm hadisəsi qeydə alınıb.

Daha çox göstər
Back to top button