Başlıcaİctimaiyyət

Ermənistan Henley & Partners pasport indeksində 75-ci yerdədir

Ermənistan 2023-cü ilin üçüncü rübündə Henley & Partners Pasport İndeksində 79-cu yerdən yüksələrək 75-ci yerdə qərarlaşıb.

Reytinqə görə, Ermənistan vətəndaşları 66 ölkə və əraziyə vizasız və ya sadələşdirilmiş qaydada daxil ola bilərlər.

72-ci yerdə vətəndaşlarının 69 ölkə və əraziyə vizasız və ya sadələşdirilmiş gediş-gəliş hüququ olan Azərbaycan və Uqanda, 50-ci yerdə isə pasport sahiblərinin 114 ölkəyə və əraziyə vizasız və ya sadələşdirilmiş girişi olan Türkiyə qərarlaşıb.

Henley & Partners Pasport İndeksi bildirir ki, Yaponiya beş ildə ilk dəfə olaraq dünyanın ən güclü pasportlarına görə birinci yerdən üçüncü yerə düşüb. Sinqapur liderdir, onun vətəndaşları 193 ölkəyə (təhlil edilən 227 ölkədən) viza və ya vizasız səfər edə bilər.

Daha çox göstər
Back to top button