BaşlıcaSiyasət

Okampo: “Ermənilər Ukrayna münaqişəsinin qurbanı olmamalıdırlar”

Ermənilər Ukrayna münaqişəsininqurbanı  olmamalıdır. Bunu müstəqil beynəlxalq ekspert, Beynəlxalq Cinayət Məhkəməsinin birinci baş prokuroru, Harvard və Yel universitetlərinin keçmiş professoru Luis Moreno Okampo Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınmasına həsr olunmuş onlayn konfransda çıxışı zamanı qeyd edib.

“Mən problemi araşdırdım.O olduqca sadədir. Cenevrə Konvensiyalarına görə, soyqırımın formalarından biri də bir qrupun fiziki məhvinə şərait yaratmaqdır.

Laçın dəhlizinin blokadası nəticəsində baş verənlər məhz budur. BCM-nin qərarına görə Laçının dəhlizi açılmalı idi, lakin onlar bu qərara məhəl qoymadılar.

BQXK-nın açıqlaması təsdiq edir ki, ərzaq və dərman daşımaq mümkün deyil. Aclıq həmçinin  soyqırımdır.Bunun qarşısını necə almaq olar? Məsuliyyət BMT Təhlükəsizlik Şurasının üzərindədir.

Rusiya, Fransa və ABŞ Ukrayna münaqişəsinin onları parçalamasına baxmayaraq, vəziyyəti dəyişmək üçün nəsə etməlidir.

Ermənilər Ukrayna münaqişəsinin tərəfi olmamalıdır.Bayden 1915-ci il soyqırımını tanıyıb. İndisə yeni soyqırımın qarşısını almaq lazımdır” – deyərək  ekspert qeyd edib.

“Azərbaycan BCM-nin qərarını yerinə yetirməkdən imtina edir və BMT tədbir görməlidir. Hamı Azərbaycanı blokadanı dayandırmağa çağırır, buna məhəl qoyulmur. Başqa hansı sübutlara ehtiyac var?”- deyərək o,  əlavə etdi.

Okamponun sözlərinə görə, Rusiya, Fransa və ABŞ Laçın dəhlizinin rus sülhməramlılarının himayəsi altında sərbəst fəaliyyətini təmin etməlidir.

Ekspert bir daha vurğulayıb ki, ABŞ sülhməramlılarına öz funksiyalarını yerinə yetirməkdə kömək etməlidir.

Daha çox göstər
Back to top button