BaşlıcaSiyasət

Teleqraf DQ vəziyyətə istinad edir:  “Bu, konsentrasiya düşərgəsinə bənzəyir,Avropanın astanasında unudulmuş böhran”

Britaniyanın məşhur “The Telegraph” dövri nəşri Laçın dəhlizinin blokadası nəticəsində Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı irihəcmli məqalə dərc edib. Məqalənin sərlövhəsi belədir:

“Sanki konslager kimi görünür. Avropanın astanasında unudulmuş böhran”.

Verilən məlumata görə, məqalənin müəllifi Cessi Uilyams Qarabağın bir neçə sakini ilə söhbət edib, onlar orada yaradılmış çətin vəziyyəti təqdim ediblər.

“Belə davam edərsə, insanlar nəhayət öləcək. İnsanlar onsuz da artıq ölür. İndi hər kəs zəif qidalanmadan xəstədir və ölümə yaxın vəziyyətə  çatmayınca, çox uzun növbələr olduğuna görə xəstəxanaya getmirlər” – deyərək dövri nəşrin Qarabadan olan həmsöhbəti qeyd edib.

Məqalə müəllifi 2020-ci ilin birinci Artsax müharibəsinə və ikinci Artsax müharibəsinə istinad edir, Artsax sakinlərinin 8 ay ərzində üzləşdiyi ərzaq, dərman, yanacaq və digər malların çatışmazlığı da daxil olmaqla problemləri ətraflı təqdim edir.

Qəzet Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun Azərbaycanın Dağlıq Qarabağın etnik ermənilərinə qarşı soyqırım hazırlaması barədə xəbərdarlıq etdiyi hesabatına da istinad edir.

“Biz azadlığımızı itirmişik, hüquqlarımızdan məhrum edilmişik. İndi biz sanki konslagerdə yaşayırıq” –  deyə Qarabağdan olan dövri nəşrin başqa bir həmsöhbəti qeyd edib.

Məqalə müəllifi Ukraynadakı münaqişənin “Rusiyanın Dağlıq Qarabağdakı dominantlığını xeyli zəiflətdiyini və Azərbaycana geniş imkanlar yaratdığını” qeyd edən “Barışma Resursları” təşkilatının Qafqaz proqramının rəhbəri Lorens Broersin sözlərindən də sitat gətirir.

O qeyd edir ki. Ukraynada  münaqişə “DQ-da Rusiyanın  hökmranlığını əksərən zəiflədib və Azərbayacana  kifayət qədər imkan verib  həmin hokmranlığa qarşı mücadilə aparsın”.

Böyük Britaniya parlamentindəki Ermənistan məsələləri üzrə  parlament qrupunun sədri Tim Louten də analoji mövqedən çıxış edib.

“Rusiyanın başqa problemlərlə məşğul olmasından Azərbaycan mütləq faydalanır. Şübhə etmirəm ki, bu, Azərbaycanın etnik təmizləmə proqramının bir hissəsidir və bu, indiki mərhələdə soyqırım olmasa belə, mütləq ondan bir addım uzaqdadır”- deyərək Louten bildirib.

Məqalədə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı Böyük Britaniyanın siyasətindən də bəhs edilir. Müəllifin sözlərinə görə, Ermənistan məsələsi üzrə parlament qrupu belə bir müraciətlə ölkənin Xarici işlər naziri Ceyms Kleverliyə müraciət etsə də, Britaniya Azərbaycanı qınamır. Sonunculardan heç bir cavab alınmayıb.

Louten Böyük Britaniyanın “görünür, güclü reaksiya verməməsini” tənqid edərək, Fransa və ABŞ kimi digər ölkələrin Azərbaycanın Dağlıq Qarabağı blokadaya almasını açıq şəkildə pislədiyini qeyd edib.

“Böyük Britaniya  gərək   dəqiqləşdirsin ki, bu birincisi, qəbuledilməzdir, ikincisi, əgər onlar heç nə etməsələr, Azərbaycana qarşı sanksiyalarla başlaya biləcək nəticələr olacaq” – deyərək britaniyalı deputat əlavə edib.

Məqalədə bildirilir ki, İngiltərənin susmasının səbəbi iqtisadiyyatdır. Böyük Britaniya Azərbaycana ən böyük xarici investordur. Son 30 ildə British Petroleum Azərbaycana 84 milyard dollara yaxın sərmayə qoyub.

Daha çox göstər
Back to top button