BaşlıcaSiyasət

ABŞ Ermənistanın suverenliyini və təhlükəsizliyini dəstəkləməyə sadiqdir: ABŞ-ın Ermənistandakı səfiri

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin ABŞ-ın Ermənistanın suverenliyini və təhlükəsizliyini dəstəkləməyə sadiq olduğunu vurğulayıb.

ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumata görə, bu barədə səfir Kvin Vayots Dzor bölgəsinə işgüzar səfəri zamanı bildirib.

“Səfir Kvin yerli rəsmilərlə görüşmək və Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik vəziyyətini müşahidə etmək üçün Vayots Dzor bölgəsində olub. Səfir Vayots Dzor icra hakimiyyətinin başçısı, Aİ-nin müşahidə missiyası və yerli SQ nümayəndələri ilə görüşüb.

Görüşlərdə ER-in ABŞ-dakı səfiri Lilit Makunts iştirak edib. Səfir Kvin vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyi və təhlükəsizliyini dəstəkləməyə, eləcə də Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına sadiqdir”, – səfirliyin bəyanatında deyilir.

Daha çox göstər
Back to top button