Qarabağın Xİ naziri beynəlxalq ictimaiyyət tərəfindən konkret addımlar gözləyir
Qarabağın Xarici işlər naziri Sergey Ğazaryan Azərbaycanın Laçın dəhlizinin qarşısının bloklanması nəticəsində Qarabağda yaranmış humanitar vəziyyəti təqdim edib.
“Qarabağın hüquq müdafiəçisinin bildirdiyinə görə, bizdə artıq aclıqdan ölüm halı var. Biz çox məhdud imkanlara malik olduğumuzu nəzərə alsaq, təəssüf ki, bu təhlükənin getdikcə daha da ciddiləşəcəyini görürük.
Eyni zamanda nəzərə alaq ki, yanacağın olmaması demək olar ki, səhiyyə sistemindən kənd təsərrüfatına kimi həyatın bütün sahələrinə çox ciddi ziyan vurur” – deyə Ğazaryan qeyd edib.
Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okamponun hesabatına istinadən Ğazaryan vurğulayıb ki, Azərbaycan çox şüurlu şəkildə aclıq alətini seçib və yalnız beynəlxalq ictimaiyyət konkret addımlar atarsa, Azərbaycan tərəfini cilovlamaq mümkün olacaqdır.
2022-ci ilin dekabrından Azərbaycan Laçın dəhlizi vasitəsilə Qarabağı Ermənistanla birləşdirən yeganə yolda saxta ekoloji əsaslarla hərəkəti məhdudlaşdırıb.
Lakin ilkin dövrdə Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə bəzi humanitar yardımlar Dağlıq Qarabağa çatsa da, 2023-cü ilin aprelində Laçın dəhlizinin marşrutunu dəyişdirdikdən sonra Azərbaycan Laçın dəhlizində qanunsuz keçid məntəqəsi quraşdırıb.
İyunun 15-dən isə dəhlizdən keçən nəqliyyatın hərəkətini tamamilə bağlayıb. Dəhlizin tamamilə bağlanması nəticəsində Dağlıq Qarabağın 120 min əhalisi etnik təmizləmə təhlükəsi ilə üz-üzədir.
Dağlıq Qarabağın əhalisi ərzaq, yanacaq, dərman və digər zəruri mallarla təminatdan tamamilə məhrumdur. Ötən gün Artsaxda da aclıq və doğulmamış uşağın ölüm halları qeyd olundu.