
Ermənistan millisinin və Rusiyanın “Krasnodar” komandasının futbolçusu Eduard Spertsyan Hollandiyanın titul qazanan “Ayaks” klubunun diqqət mərkəzində olmaqda davam edir.
Bu barədə məşhur insayder Fabritso Romano Twitter sahifəsində bildirdi.
“Erməni istedadı Eduard Spertsyan “Ayaks”ın əsas hədəfi olmaqda davam edir. Aydındır ki, bir çox klubları tərəfindən maraq var, lakin Spertsyan sadəcə “Ayaks”a keçmək istəyir”,- o yazıb.
Xatırladaq ki, Spertsyan ötən mövsüm 10 qol və 12 məhsuldar ötürmə ilə Rusiya Premyer Liqasının ən yaxşı futbolçusu olub.