Ermənistan-Azərbaycan sərhədinə yaxın kənd və qəsəbələrdə patrul xidməti aparılır, münaqişənin əhalinin həyatına necə təsir etdiyini daha yaxşı başa düşmək üçün yerli sakinlərlə söhbət edirik.
Bu barədə Aİ-nin Ermənistandakı missiyası (EUMA) özünün Twitter mikrobloqunda yazıb.
“Biz həmçinin onları EUMA mandatı və fəaliyyəti haqqında məlumatlandırırıq.
İnsanların təhlükəsizliyini təmin etmək üçün patrul xidməti bizim mandatımızın ayrılmaz hissəsidir”, – EUMA bildirib.