Artsax Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Artsax Müdafiə Ordusunun bölmələrinin Fizuli-Bakı marşrutu üzrə uçan mülki təyyarənin GPS sistemini sıxışdırması ilə bağlı yaydığı yalan məlumatı təkzib edib.
“Azərbaycan Müdafiə Nazirliyinin reallıqla heç bir əlaqəsi olmayan açıqlaması peşəkar imtahana tab gətirə bilməz. Artıq qeyd etdiyimiz kimi, qeyd olunan marşrut üzrə uçan təyyarə Artsax Respublikasının hava sərhədlərini keçmir. Azərbaycan vaxtaşırı bu cür yalan bəyanatlar yaymaqla beynəlxalq ictimaiyyətin diqqətini Laçın dəhlizinin qanunsuz blokadası nəticəsində günü-gündən dərinləşən humanitar fəlakətdən yayındırmaq məqsədi güdür.
Bir daha xatırlatmaq yersiz deyil ki, 2020-ci ildə bütün müharibə əməliyyatları və ondan sonra məhz Azərbaycan tərəfi Laçın dəhlizini bağlamaqla, qaz və elektrik təchizatı xətlərini pozmaqla, internetə və mobil rabitəyə çıxışı əngəlləməklə Artsax Respublikasının mülki infrastrukturunu ardıcıl olaraq hədəfə alıb”-deyə Artsax Müdafiə Nazirliyinin məlumatında qeyd edilb.