BaşlıcaSiyasət

Bloomberg: “Qüvvələr hərbi rəhbərliyin istefasına və Rusiyada hərbi vəziyyətin tətbiqinə nail olmağa çalışır”

Rusiyanın bir sıra hərbi strukturlarının rəhbərləri RF Prezidenti Vladimir Putindən Müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu azad etməyə, habelə Ukraynada döyüş əməliyyatlarını aktivləşdirməyə, xüsusən də ümumi çağırış elan etməyə və hərbi vəziyyət tətbiq etməyə çalışırlar. Bu barədə Bloomberg öz mənbələrinə istinadən yazıb.

Rusiya elitasının bir çox nümayəndələri Putinin “Vaqner” MRC iğtişaşına zəif reaksiyası və onun lideri Yevgeni Priqojini cəzalandıra bilməməsindən təəccüblənirlər.

Bu, potensial qəzəb baxımından ən yüksək səviyyədə Rusiya rəsmilərini narahat edib. “Europeyskaya Pravda” xəbər verir ki, müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimov hələ də öz vəzifələrindədirlər.

Bloomberg jurnalının iki mənbəsinə görə, Priqojinin onları vəzifədən salmaq cəhdi RF mühüm dövlət təhlükəsizlik orqanlarında müəyyən dəstək alıb.

Vəziyyətlə tanış olan 5 nəfərin sözlərinə görə, Rusiya güc strukturlarında sərt xətt tərəfdarları Şoyqunu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər. Onlar Rusiyada hərbi vəziyyətin tətbiqini və ümumi hərbi çağırış elan edilməsini təklif edirlər.

Eyni zamanda, hələlik onların götürüləcəyinə dair heç bir işarə yoxdur. Əvəzində Rusiya Federasiyasının siyasi rəhbərliyi Şoyqu və Gerasimovu fəal şəkildə tənqid edənlərlə “hesablaşır”.

Priqojinə yaxın olan general Surovikin “Vaqner” MRC iğtişaşından sonra dindirildi və ictimaiyyətin gözündən itdi –deyərək The Moscow Times xəbər verir.

Bloomberg agentliyinin həmsöhbətlərinin sözlərinə görə, FSB-də sərt xəttin bəzi tərəfdarları ölkənin hərbi rəhbərliyinin dəyişdirilməsini təkid edən “Vaqner” MRC-nin rəhbəri Yevgeni Priqojinin tələbini dəstəkləyiblər

Daha çox göstər
Back to top button