Başlıcaİdman

İspaniyanın “Real Sosyeda” klubu Arsen Zaxaryanı rəsmən təqdim edib

Təqdimatına həsr olunmuş mətbuat konfransında Rusiya millisinin yarımmüdafiəçisi Arsen Zaxaryan İspaniyanın “Real Sosyedad” klubuna keçməsindən danışıb. Verilən məlumata görə, bu barədə İspaniya klubu “Facebook” səhifəsində məlumat yayıb.

“Hücum etməyi və qol vurmağı, eləcə də komandaya hər cür kömək etməyi xoşlayıram. Belə gözəl klubda olduğum üçün şadam.

Həmişə İspaniya futbolunu və bu komandanı izləmişəm. Burada oynamaq istəyirdim, odur ki, uzun-uzadı  fikirləmədim.Real Sosyedad-ın marağını eşidəndə çox düşünmədim.

Ən çox bu klubun mənimlə müqavilə imzalamaq istəməsi və bunun üçün əlindən gələni etməsi xoşuma gəldi. Məni bu qədər səmimi qarşılayacaqlarını gözləmirdim. Hələlik mən növbəti oyunda iştirak edib-etməyəcəyimi bilmirəm” – deyə Zaxaryan bildirib.

Erməni futbolçu İspaniya klubu ilə 6 illik müqavilə imzalayıb. La Liqa təmsilçisi bu transfer üçün Moskva “Dinamo”suna 12 milyon avro ödəyib.

Zaxaryan “Dinamo”nun yetirməsidir, o, 2021-ci ildən Moskva klubunun əsas komandasında çıxış edib, 89 oyunda 19 qol vurub, 25 məhsuldar ötürmə edib.

Cari mövsümdə “Dinamo”nun heyətində 5 matçda iştirak edən yarımmüdafiəçi 2 qol, 1 qol ötürməsi müəllifi olub.

Daha çox göstər
Back to top button