BaşlıcaSiyasət

Mirzoyan Kasprçiki qəbul edib: Laçın dəhlizinin Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanmasına toxunublar

Avqustun 22-də ER xarici işlər naziri Ararat Mirzoyan Laçın dəhlizinə səfər etmək və mövcud vəziyyət haqqında hesabat vermək üçün ATƏT-in fəaliyyətdə olan sədrinin tapşırığı çərçivəsində Ermənistana gəlmiş ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprçiki qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı regionun təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub.

Ararat Mirzoyan Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində Dağlıq Qarabağda dərinləşən humanitar böhrana toxunaraq, gözlənilən humanitar fəlakətin qarşısını almsı üçün beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in təcili və təsirli addımlarının vacibliyini vurğulayıb.

Nazir Mirzoyan həmçinin Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizlik məsələlərinin effektiv beynəlxalq mexanizmlər çərçivəsində həllinin vacibliyini bir daha təsdiqləyib.

Daha çox göstər
Back to top button