BaşlıcaSiyasət

Azərbaycan Qızıl Aypara Cəmiyyəti siyasi proseslərə qarışmaqla neytrallıq prinsipini pozur: BQXK-nin Ermənistandakı ofisi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərini pozur. Bu barədə Ermənistandakı Qırmızı Xaç Cəmiyyəti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin avqustun 22-də yaydığı bəyanata cavab olaraq qeyd edib.

“Qızıl Aypara Cəmiyyəti ilk növbədə neytrallıq prinsipini pozur və hökumətin Laçın dəhlizinin bağlı qalması (o cümlədən alternativ marşrutlar təklif etməklə) mövqeyini səsləndirməklə siyasi prosesə qarışır”, deyə bəyanatda qeyd edərək vurğulanıb ki, hazırda Azərbaycan da Qızıl Aypara Cəmiyyətindən istifadə edərək BQXK-nın Dağlıq Qarabağda yeganə humanitar beynəlxalq təşkilat kimi fəaliyyətinə mane olmağa çalışır.

Bəyanatda xatırladılır ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 25 iyul tarixli bəyanatı ilə beynəlxalq ictimaiyyətin diqqətini Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsinə yönəldib.

“Beləliklə, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral və 6 iyul tarixli qərarlarının dərhal yerinə yetirilməsi çox vacibdir”.

Daha çox göstər
Back to top button