BaşlıcaSiyasət

Sentyabrın 1-dən Rusiyada taksi sürücüləri üçün yeni tələblər tətbiq olunacaq: Milliyətindən asılı olmayaraq hamıya şamil olunacaqlar

Sentyabrın 1-dən Rusiyada taksi sürücüləri üçün yeni tələbləri nəzərdə tutan yeni qanun qüvvəyə minəcək.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, taksi sürücülərinin 3 il və daha çox iş təcrübəsi olan B kateqoriyalı vəsiqələri olmalıdır.

Bu tələblər milli mənsubiyyətindən asılı olmayaraq bütün taksi sürücülərinə eyni dərəcədə şamil ediləcək.

Həmçinin nəqliyyat şirkəti ilə əmək müqaviləsi bağlamaq və ya daşıma icazəsi olan fərdi sahibkar olmaq lazımdır.

Daha çox göstər
Back to top button