BaşlıcaBeynəlxalq

Adam Şifin fikrincə, erməni xalqına qarşı növbəti soyqırımı törədilə bilər: “ABŞ administrasiyası hərəkətə keçməlidir”

ABŞ Nümayəndələr Palatasının üzvü Adam Şif X (keçmiş Twitter) sosial şəbəkəsində ABŞ hakimiyyətini Dağlıq Qarabağın blokadasına son qoymaq üçün hərəkətə keçməyə çağıran video yayımlayıb.

Aldığımız məlumata görə, konqresmen videomüraciətində Dağlıq Qarabağdakı vəziyyəti, o cümlədən ərzaq, dərman və digər zəruri əşyaların çatışmazlığını, nəticədə insanların ölməyə başladığını təqdim edib.

“Bu problem təcili həll edilməlidir” –deyərək  Şif  qeyd edib.

O, həmçinin BMT Təhlükəsizlik Şurasında Laçın dəhlizinin bağlanması ilə bağlı bu yaxınlarda keçirilən iclası xatırladıb və “ancaq bundan heç nə alınmadığını” vurğulayıb.

“Bizə beynəlxalq hüququn bu pozulmasına son qoyulmasını tələb edən qətnamə lazımdır… ABŞ hökuməti, Bayden administrasiyası isə daha çox iş görməlidir.

 Azərbaycanı hərbi yardımdan məhrum etməlidirlər. Bu qanunsuz blokadaya son qoymalıdırlar. Biz hər hansısa məbləğ Azərbaycana ayırmamalıyıq.

Biz susmamalıyıq. “Administrasiya danışmalıdır, hərəkət etməlidir, nəsə etmək lazımdır, əks halda daha çox insan  dünyasını dəyişəcək”-  deyərək Şif  bəyan edib.

   Konqresmen nəticədə Azərbaycanın Ermənistana qarşı başlatdığı, minlərlə insanın həlak olduğu müharibəni də xatırladıb.

“Onlar beynəlxalq hüququ pozaraq, qeyri-qanuni olaraq hərbi əsirləri saxlamağa davam edir, onları səbəb olmadan məhkum edirlər.. Buna gərək son qoyulsun”-  deyərək Şif qeyd edib..

   O, həmçinin vurğulayıb ki, ilk növbədə, Laçın dəhlizinin blokadasını dayandırmaq lazımdır.

“Mən olduqca narahatam ki, erməni xalqına qarşı növbəti soyqırım törədilə bilər. Administrasiya hərəkətə keçməlidir”- deyərək konqresmen yekunlaşdırıb.

Daha çox göstər
Back to top button