BaşlıcaSiyasət

Azərbaycan Dağlıq Qarabağda klassik etnik təmizləmə siyasəti aparır: Edmon Marukyan

Ermənistanın xüsusi tapışırıqlar üzrə səfiri Edmon Marukyan bildirib ki, Azərbaycan Dağlıq Qarabağda klassik etnik təmizləmə siyasəti aparır.

Bu barədə Marukyan özünün “X” mikrobloqunda yazıb (Twitter).

“Azərbaycan Dağlıq Qarabağda klassik etnik təmizləmə siyasəti aparır. Əldə etdiyimiz məlumata görə, Bakı Dağlıq Qarabağ ermənilərini geri qayıtmaq imkanı olmadan ərazidən sıxışdırıb çıxarmaq üçün birtərəfli qaydada Laçın dəhlizinin açılmasını planlaşdırır. 

Bu, klassik etnik təmizləmə siyasətidir: əvvəlcə güllələyirlər, öldürürlər, insanları əsir götürürlər, uzun müddət ac saxlayırlar, sonra isə ancaq çıxış yolu açırlar ki, insanlar bu qeyri-insani şəraitə görə geri qayıtmaq imkanı olmadan Dağlıq Qarabağı tərk etsinlər. Buna beynəlxalq müdaxilə ilə son qoyulmalıdır”, – deyə Marukyan qeyd edib.

Daha çox göstər
Back to top button