ArtsaxBaşlıca

Bakı Kaspşikin Azərbaycana səfərinə razılıq verməyib

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfərindən əlavə, Azərbaycana da səfər etməyi planlaşdırırdı, lakin rəsmi Bakı bu səfərə razılıq vermədi.

Bu barədə Azərbaycanın APA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Bakı belə bir səfərə ehtiyac görməyib və “bunu mənasız vaxt itkisi hesab edib”.

Avqustun 25-də Anjey Kaspşik Laçın dəhlizinin başlanğıc nöqtəsi olan Kornidzorda olub və buradakı vəziyyətlə tanış olub. Kaspşik Ermənistana ATƏT sədri vəzifəsini icra edən Buyar Osmaninin göstərişi ilə Laçın dəhlizindəki vəziyyətlə tanış olmaq və sonuncuya hesabat vermək üçün gəlib. Avqustun 16-da ATƏT-in fəaliyyətdə olan sədri şəxsi nümayəndəsinə Laçın dəhlizinə bitişik rayonlara səfər etməyi, vəziyyətlə tanış olmağı və nəticələr barədə ona hesabat verməyi tapşırdığını açıqlayıb.

Daha çox göstər
Back to top button