BaşlıcaSiyasət

Biz Ermənistanın ərazi bütövlüyünü qoruyuruq: İranın Ermənistandakı səfiri

Biz ER-nin ərazi bütövlüyünü və suverenliyini müdafiə edirik. Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sobhani Yerevanda keçirilən iqtisadi sərgi zamanı bildirib.

“Biz bu istiqamətdə addımlar atacağıq”, – deyə səfir bildirib.

Sobhaninin sözlərinə görə, İran Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün prinsipial siyasət aparır. “Bizim siyasətimizin ən mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə əlaqələrin inkişafıdır. İran və Ermənistanın heç bir səviyyədə və heç bir sahədə problemi yox idi. İqtisadiyyata gəlincə, bizim illik ticarət dövriyyəmiz 700 milyon dollardır, lakin iki ölkə bunu 3 milyard dollara çatdırmağı qarşılarına məqsəd qoyub.

Daha çox göstər
Back to top button