BaşlıcaSiyasət

ER Baş naziri:  “Aİİ üzv dövlətlərinin mövqeləri sonrakı inteqrasiya ilə bağlı bir balaca fərqlidir”

Bütün çağırışlara və çətin beynəlxalq vəziyyətə baxmayaraq, Avrasiya İqtisadi İttifaqı yaxşı inkişaf edir. Aldığımız məlumata görə, bu haqda  ER Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclası ərzində  deyib.

Baş nazir qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı çərçivəsində mal dövriyyəsi sabit templə artır. Paşinyan bu halı müsbət nailiyyətlərdən biri hesab edir.

“Hesab edirəm ki, iqtisadiyyat həqiqətən çox vacibdir. Biz indi diqqətimizi 2020-25-ci illər üçün Aİİ-nin inkişaf strategiyasının həyata keçirilməsi üzərinə  yönəltmişik.

Hazırda biz layihə yəni, Rusiya Federasiyasının təklif etdiyi Sankt-Peterburq Bəyannaməsi üzərində işləyirik. Bu, çox maraqlı layihədir və bir çox müddəalar məqbuldur.

Məncə, layihəyə müsbət münasibət var, lakin müzakirə etməli olduğumuz nüanslar da var” – deyərək Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, sonrakı inteqrasiya ilə bağlı Aİİ üzv dövlətlərinin mövqeləri bir qədər fərqlidir.

“Ümumiyyətlə, konkret həll yolu tapmaq imkanı var və çox müsbət haldır ki, bizim bütün tərəfdaşlarımız müsbət əhval-ruhiyyədədir.

Avrasiya İqtisadi İttifaqının gələcək inkişafı, ümumi qazın yaradılması və bu məsələ ilə bağlı çoxlu nüanslar mövcuddur.

Enerji bazarı, hökumətlərimizin kredit və maliyyə siyasətinin əlaqələndirilməsi prinsipial əhəmiyyət kəsb edir.Biz də bu istiqamətdə çox sıx işləyirik.

Bizim əsas məqsədimiz ölkələrimizin iqtisadiyyatlarını inkişaf etdirmək, dövlətimizin, vətəndaşlarımızın rifah səviyyəsini yüksəltməkdir.

Hesab edirəm ki, Avrasiya İqtisadi İttifaqının bu sahəyə böyük marağı var.Biz bəzi siqnalları görürük ki, digər dövlətlər də Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdırlar” – deyərək Paşinyan yekunlaşdırıb

Daha çox göstər
Back to top button