BaşlıcaEkonomika

İran Ermənistan vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsini nəzərdən keçirir

İranın energetika naziri Əli Əkbər Mehrabyan deyib ki, “İran Rusiya ilə elektrik enerjisi mübadiləsinin iki marşrutunu nəzərdən keçirir, biri Azərbaycan əraziləri, digəri Ermənistan və Gürcüstan əraziləri vasitəsilə.

Regional sinxron şəbəkənin yaradılması şərti ilə ölkələr arasında elektrik enerjisi mübadiləsi mümkündür. Bütün generatorlar eyni tezlikdədir”. 

Moskva və Tehran yay və qış aylarında elektrik tranzitinin həcmini artıracaq. Burada tərəflərin maraqları üst-üstə düşür və onların qabiliyyətləri bir-birini tamamlayır. Rusiya ilə İranın quru sərhədi olmadığı üçün Ermənistan, Gürcüstan və ya Azərbaycan kimi vasitəçiyə ehtiyac var. İran tərəfinin sözlərinə görə, iki variant nəzərdən keçirilir: 

Ekspertlərin fikrincə, enerji mübadiləsi sahəsində ölkələr arasında davamlı əməkdaşlıq diplomatiyanın və regional təhlükəsizliyin möhkəmlənməsinə səbəb ola bilər.

Daha çox göstər
Back to top button