Başlıcaİctimaiyyət

“Kim, DQ-dan danış, soyqırımı dayandır”: Ermənilər Kim Kardaşyanın evinin yaxınlığında aksiya keçirib

ABŞ-da ermənilər dünya şöhrətli televiziya ulduzu Kim Kardaşyanın evinin yaxınlığında etiraz aksiyası keçiriblər.

Onlar DQ və orada baş verənlər haqqında danışmağı tələb etdilər.

“Bayden, Artsaxdan danış, Kim, Artsaxdan danış”, “İndi hərəkətə keç”, “Laçın dəhlizini aç”, “Soyqırımı dayandır”, deyə onlar çağırdılar.

Polis nümayəndələri aksiya iştirakçılarına yaxınlaşaraq həmin yerdə etiraz aksiyasının keçirilməsinin qeyri-qanuni olduğunu bildirib. Cavabında aksiya iştirakçıları bildiriblər ki, DQ-da 120 min erməni soyqırımı həyata keçirilir və hökumət bundan xəbər tutmalıdır.

Daha çox göstər
Back to top button