BaşlıcaSiyasət

Ermənistan Rusiyanın ən yaxın müttəfiqlərindən biri və Cənubi Qafqazda strateji tərəfdaşıdır: Rusiya XIN

Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin ildönümü münasibətilə bəyanat yayıb. Qeyd olunub ki, iki ölkə 1997-ci ildə 29 avqust sənədi ilə siyasi, iqtisadi, hərbi, elmi, mədəni və digər sahələrdə dostluq münasibətlərini və hərtərəfli əməkdaşlığı hərtərəfli gücləndirmək barədə razılığa gəliblər.

“Ölkələrimiz həmçinin həm Transqafqaz regionunda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin artırılmasına dair öz üzərinə öhdəlik götürüblər”, –  XİN bəyanatında qeyd olunub. 

Onu da qeyd olunub ki, Ermənistan Rusiyanın ən yaxın müttəfiqlərindən biri və Moskvanın Cənubi Qafqazda strateji tərəfdaşıdır.

Daha çox göstər
Back to top button