BaşlıcaSiyasət

Mən Dağlıq Qarabağa getməyə hazıram: Dunya Miyatoviç


Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç yenidən Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpasına və Dağlıq Qarabağda humanitar yardımın sürətli və maneəsiz daşınmasını təmin etməyə çağırıb.

“2022-ci ilin dekabrından Laçın dəhlizindən keçən yolun blokadaya alınmasından sonra Dağlıq Qarabağdakı humanitar vəziyyət və onun əhalisinin insan haqları ilə bağlı ciddi narahatlığım davam edir. Mən bu yolla azad hərəkəti bərpa etmək üçün əvvəlki çağırışımı bir daha təsdiq edirəm”, – Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının dərc etdiyi bəyanatda deyilir.

Onun sözlərinə görə, onun və bir çox digər beynəlxalq maraqlı tərəflərin çağırışlarından sonra insanların gediş-gəlişində, ərzaq təchizatında və təcili tibbi yardımda uzun müddət fasilələr olması səbəbindən regionda humanitar və insan haqlarının vəziyyəti, xüsusən də ən həssas qruplara təsir edərək daha da pisləşib. 

“Hazırda Laçın dəhlizində fəaliyyət göstərən yeganə beynəlxalq humanitar təşkilat olan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) qeyd edib ki, əhali həyati xilas edən dərman vasitələri və ilkin tələbat mallarının çatışmazlığı ilə üzləşib.

Müvafiq maraqlı tərəflər yerli əhalinin üzləşdiyi çox təhlükəli vəziyyətin daha da pisləşməsinin qarşısını almaq və humanitar yardım göstərən və insan hüquqlarının müdafiəsini təmin edən şəxslərin təhlükəsiz və sərbəst gediş-gəlişini təmin etmək üçün dərhal həll yolu tapmalıdır. Mənim 2021-ci il memorandumunda qeyd edildiyi kimi, Ermənistan və Azərbaycan barışıq yolunda irəliləmək və bütün insanlar üçün davamlı sülhü təmin etmək üçün səy göstərməlidir.

Mən bütün aidiyyəti tərəflərlə əməkdaşlığa sadiq olduğumu və insan hüquqları sahəsində çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün Dağlıq Qarabağa səfər etməyə hazır olduğumu bir daha təsdiq edirəm”, – Miyatoviç bildirib. 

Daha çox göstər
Back to top button