BaşlıcaEkonomika

Standard & Poor’s Ermənistanın reytinqini qaldırıb

Dünyanın ən nüfuzlu iqtisadi analitik strukturlarından biri olan Standard & Poor’s Ermənistanın həm milli valyutada, həm də xarici valyutada uzunmüddətli kredit reytinqini B+-dan BB- səviyyəsinə qaldırıb.

Agentliyin məlumatına görə, Ermənistan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlar sabitdir.

“Ermənistanda ÜDM artımı, eləcə də maliyyə və xarici iqtisadi göstəricilər Rusiya-Ukrayna münaqişəsindən əvvəl də yaxşılaşırdı. İnanırıq ki, növbəti illərdə də ÜDM-in real artımı nisbətən yüksək olacaq”, – Standard & Poor’s-un dərc etdiyi hesabatda deyilir.

Agentliyin məlumatına görə, 2023-cü ildə Ermənistanda iqtisadi artım 7,5 faiz ola bilər.

“Əgər ekstremal ssenarilər, məsələn, birbaşa hərbi münaqişə istisna olunarsa, o zaman Ermənistanda iqtisadi artım perspektivləri sabit olacaq”, – Standard & Poor’s ekspertləri iddia edir.

Daha çox göstər
Back to top button