BaşlıcaSiyasət

“İnsanların həftələrlə əziyyət çəkdiyi halda niyə birdən-birə “humanist” oldunuz?”: Artak Beglaryan

261 gün DQ xalqını mühasirəyə alıb, 77 gün tam bolkadada saxlayan Əliyev rejimi növbəti ucuz təbliğat hərəkəti etmək qərarına gəlib. Bu barədə DQ prezidentinin müşaviri Artak Beglaryan Facebook səhifəsində yazıb.

“Onlar soyqırım siyasəti nəticəsində Artsaxda un qıtlığı kritik həddə çatana və minlərlə ailənin heç çörəyi qalmayana qədər gözlədilər, bundan sonra guya bu məqsədlə Qızıl Aypara yük maşınları ilə Aknaya (Ağdama) un göndərdi. Onların teatrlaşdırılmış və təxribat xarakterli maşınları nəzarət etdikləri ərazidədir və Artsax keçid məntəqəsindən keçə bilmirlər.

Bu “super humanist” fikrin müəlliflərinə bir neçə sual: “Əgər Artsaxda ərzaq qıtlığı problemindən bu qədər narahatsınızsa, niyə Berdzor (Laçın) dəhlizini açıb, məsələn, iyulun 26-dan dəhlizin girişində yığılmış humanitar malların daxil olmasına icazə vermirsiniz?

Səbəb olduğunuz ərzaq və digər həyati vacib malların kəskin qıtlığından insanlar həftələrlə əziyyət çəkdiyi və hətta öldüyü bir vaxtda niyə birdən-birə “humanist” oldunuz?

Əgər doğrudan da bu humanitar yükdürsə, onda niyə Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə yükü göndərmədiniz, amma həmin strukturun neytral və siyasi nüfuzunu korlayaraq, faktiki tabeliyinizdə fəaliyyət göstərən Qızıl Aypara Cəmiyyətini cəlb etməli oldunuz?

Ssenaristləriniz qəfildən sizə beynəlxalq hüququn humanitar prinsipləri ilə əvvəlcədən tanış olmağı tövsiyə ediblərmi? – BMT Baş Assambleyasının 46/182 və 58/114 saylı qətnamələrində təsbit olunmuş insanlıq, neytrallıq, qərəzsizlik və müstəqillik. Əgər belədirsə, ucuz şousunuzun bu dörd prinsipdən hansına cavab verdiyini söyləyərdiniz?

Daha çox göstər
Back to top button