BaşlıcaSiyasət

Papikyan müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının perspektivlərini təqdim edib

Avqustun 30-da ER müdafiə naziri Suren Papikyan Ermənistan Respublikasında səfərdə olan Hindistan Milli Müdafiə Kollecinin nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini Hindistan Respublikasının ER-dəki fövqəladə və səlahiyyətli səfiri Nilakşi Saha Sinha da müşayiət edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə müdafiə naziri orduda başlanmış islahatları və müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının tərəqqisi və perspektivlərini təqdim edib.

Daha çox göstər
Back to top button