BaşlıcaSiyasət

Azərbaycan DQ ermənilərini aclıq yolu ilə soyqırıma məruz qoymaq siyasətini davam etdirir: Baş nazir


Syunik bölgəsinin Kornidzor hissəsində, Laçın dəhlizinin yaxınlığında, Dağlıq Qarabağa girmək fürsətini gözləyən humanitar yük daşıyan 22 yük maşınına daha 10 yük maşını qoşulub.

ER Baş naziri Nikol Paşinyan avqustun 31-də hökumətin iclasında vurğulayıb ki, Fransadan göndərilən humanitar yardım Paris merinin başçılıq etdiyi nümayəndə heyəti ilə Kornidzordadır.

“Nə bu, nə də iyulun 26-dan eyni ərazidə qalan humanitar karvana Dağlıq Qarabağa daxil olmaq imkanı verilməyib.

Bu, o deməkdir ki, Azərbaycan Rusiya sülhməramlı qoşunlarının şahidliyi ilə Dağlıq Qarabağ ermənilərini aclıq yolu ilə soyqırıma məruz qoymaq siyasətini davam etdirir. Həmin siyasətin əsas məqsədi Dağlıq Qarabağ ərazisini ermənilərdən boşaltmaqdır.

Azərbaycan humanitar böhranın ən kəskin dövründə birtərəfli qaydada Laçın dəhlizinin açılmasını, yəni insanların Dağlıq Qarabağdan çıxmasına şərait yaratmağı və onların geri qayıtmasının qarşısını almağı planlaşdırır”,- Paşinyan deyib.

Paşinyan qeyd edib ki, yaranmış vəziyyətin həlli beynəlxalq mexanizm çərçivəsində Bakı-Stepanakaert dialoqudur və bu vəziyyətdə beynəlxalq mexanizm həyati əhəmiyyət kəsb edir.

Daha çox göstər
Back to top button