Azərbaycan inteqrasiya pərdəsi altında Dağlıq Qarabağ xalqını zorla tabe etmək, qorxu və təhdid mühiti yaratmaq və Artsaxı ermənilərdən mümkün qədər boşaltmaq siyasətini davam etdirir.
Artsaxda humanitar böhran getdikcə ağırlaşır. Bakı bir tərəfdən Laçındakı qeyri-qanuni keçid məntəqəsindən erməniləri oğurlayır, kənd təsərrüfatı işləri ilə məşğul olan dinc əhaliyə atəş açır, Ermənistandan humanitar yüklərin Artsaxa keçirilməsinə, Qırmızı Xaç Təşkilatının normal fəaliyyətinə mane olur, digər tərəfdən də özünü konstruktiv göstərməyə çalışır və Qızıl Aypara Cəmiyyəti vasitəsilə Ağdam yolu ilə humanitar yardım təklif edir, yaxşı bilərək ki, bu təklif Artsax xalqı üçün qəbuledilməzdir.
Azərbaycan elə təəssürat yaratmağa çalışır ki, Bakıdan göndərilən yardımdan imtina edən Artsaxda humanitar böhran yoxdur.
Vəziyyətin ciddiliyini dərk edərək Fransanın paytaxtı Paris və ölkənin bir sıra regionları Artsax üçün humanitar yardım göndəriblər. 10 yük maşınından ibarət karvanı Parisin meri Ann Hidalqo müşayiət edib. İndi yüklər iyulun 26-da Yeravandan göndərilmiş 361 ton humanitar yardımla birlikdə Laçın dəhlizinin girişində dayanır, çünki Azərbaycan onların Dağlıq Qarabağa girişini əngəlləyir.
Dağlıq Qarabağdakı vəziyyət beynəlxalq görüşlərin gündəmində qalmaqda davam edir, Laçın dəhlizinin açılmasının vacibliyi vurğulanır, hətta Azərbaycana qarşı sanksiyaların tətbiqi təklifləri də səslənir.
Çoxlu bəyanatlara baxmayaraq, təsirli addımlar olmadığı halda Artsax mühasirəyə alınmaqda davam edir, insanların əsas fundamental hüquq və azadlıqları pozulur və humanitar böhran günü-gündən daha da ağırlaşır.