BaşlıcaSiyasət

İsrailli ekspert:   «Azərbaycan Artsaxdakı erməni varlığını silmək istəyir»

“Azərbaycanın yürütdüyü siyasət 20-ci əsrin əvvəllərində Erməni Soyqırımını törədənlərin siyasəti ilə eynidir. Bu barədə Cənubi Qafqaz məsələləri üzrə israilli ekspert və İsrailin “Davar” mediasının köşə yazarı Yaron Vays “Orbeli” analitik mərkəzi ilə söhbəti ərzində  bildirib.

Sual – Azərbaycan 8 aydan çoxdur ki, Laçın dəhlizini bağlayıb, Artsaxı mühasirədə saxlayır. Bakı Artsaxa təbii qazın və elektrik enerjisinin verilməsini dayandırıb və son günlərdəsə hətta humanitar yüklərin daşınmasını da qadağan edib.

Bütün bunlar Artsaxda dərin humanitar böhrana səbəb olub və Artsax Prezidenti ölkəni fəlakət zonası elan edib. Sizcə, Azərbaycanda belə bir siyasətin son məqsədi nədir?

Cavab – Azərbaycanın Artsaxdakı erməni varlığını silmək istədiyinə dair bütün sübutlar var. Mən bunu illərdir deyirəm. Təəssüf ki, çoxlarının xəbərdar etdiyi və qorxduğu hər şey indi baş verir.

Etnik təmizləmə, tarixin yenidən yazılması, ermənilərə nifrət, bütün bunlar Azərbaycanın illərdir davam edən siyasətidir. Siyasət 20-ci əsrin əvvəllərində Erməni Soyqırımını törədənlərin siyasəti ilə eynidir.

Ona görə də etnik təmizləmə baş verərkən onu dayandırmaq vacibdir. Sivil dünya anma işini çox gözəl edir, lakin o anmaların nəticəsi olan hadisələrə eyni cür yanaşmır.

İndi izahat işlərini artırmaq və dünya liderlərinin gözlərini açmaq lazım olan səbəb  məhz budur.

Sual- Artsaxdakı böhranın və Bakının aqressiv hərəkətlərinin regional vəziyyətə təsirini necə qiymətləndirirsiniz?

Cavab – Diktaturanın əlində böyük miqdarda müasir silahlar, xüsusən də insan hüquqlarını pozmaqda şübhəli reputasiyaya malik bir ailənin başçılıq etdiyi bir dövlət olduqda, nəticə regionda sabitliyin pozulmasıdır. Odur ki,biz indi Artsax xalqının qəsdən aclıqğa məruz qalmasının  şahidi oluruq.

Sual – Beynəlxalq ictimaiyyət, eləcə də İsrail bu fəlakətli böhranın həllini necə dəstəkləyə bilər?

Cavab – Bir neçə həftə əvvəl bir qrup akademik, jurnalist, dini lider, fəal və ziyalı İsrail prezidentini (bu yaxınlarda Bakıya səfər etmiş) diktator Əliyevlə əlaqələrindən istifadə edərək Laçın dəhlizinin açılmasına təsir göstərməyə çağırmışdı.

İsrail regionda təsirli faktordur.

Ermənistanın dünyadakı bütün dostlarının, eləcə də azadlıq və demokratiya həvəskarlarının öz ölkələrində belə addımlar atması olduqca  vacibdir.

Sual – İstərdim ki, Ermənistan-İsrail münasibətlərinə də toxunaq. Onları necə təsvir edərdiniz? İkitərəfli münasibətlərdə bir sıra boşluqların olduğu göz qabağındadır. Səbəbləri  qeyd edə bilərsinizmi?

Cavab – İsrailin uzaqgörməyən  siyasəti İsraillə Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılmasını ölkənin maraqlarına uyğun hesab edir. Məlumdur ki, Azərbaycan hökuməti İsrailin Ermənistana qarşı istənilən yanaşmasını Azərbaycan üçün zərərli addım kimi qiymətləndirir.

Ona görə də İsrail Ermənistanla yaxınlaşmaqdan çox ehtiyat edir.

Biz bunu İsrail Xarici işlər nazirliyinin təsiri altında olan İsrail KİV-lərində, eləcə də sənaye sektorunda maraqlı tərəflərin də təsiri altına düşən, Azərbaycana hücum etməkdən çəkinən, hadisələri işıqlandırmaqdan yayınan Qarabağda hökm sürən  krizisi işıqlandırarkən özəl mediada da görürük.

Son həftələrdə biz xarici xəbər redaktorlarını dünyanın digər ölkələrində olduğu kimi Artsaxdakı vəziyyəti işıqlandırmaq üçün inandırmaq üçün çox səy göstərmişik.

Təəssüf ki, İsrail hələ də İrəvanda səfirlik açmayıb. Bu, birbaşa Əliyevlər ailəsini qəzəbləndirməmək istəyi ilə bağlıdır.

Üç ildir ki, Təl-Əvivdə Ermənistan səfirliyi fəaliyyət göstərir. Səfir Arman Hakopyan, görünür, Ermənistanla İsrail arasında münasibətləri inkişaf etdirmək üçün yorulmadan çalışır.

Bilirəm ki, ölkələr arasında turizm əlaqələrinin genişləndirilməsi, Yerevan -Təl-Əviv birbaşa aviareysləri, akademik institutlar arasında əlaqələr və təbii ki, potensial investorların cəlb edilməsinə cəhdlər edilir.

Səfir Hakopyan Ermənistanla münasibətləri həddən artıq inkişaf etdirməkdən qorxan bir ölkədə səfir vəzifəsində çalışarkən böyük problemlə üzləşir.

Sual – Və sonda.Sizin  İsrailin Müdafiə naziri Yoav Qalantın Azərbaycana səfərindən xəbəriniz varmı? Görüşlərdən məlum olduğu kimi, Bakıda Qalant Azərbaycan və İsrail arasında strateji əməkdaşlığın gücləndirilməsi yollarını müzakirə edib.

Gallant “İrandan gələn təhdidlərə” də toxunub. Azərbaycan-İsrail strateji əməkdaşlığına münasibətiniz necədir? Bunun daha çox faydası varmı, yoxsa çətinliklər çox vaxt “gözdən yayınır?”

Cavab – İsraildə senzura vətəndaşlara Azərbaycanla münasibətlərin mahiyyəti haqqında məlumat almağa imkan vermir. Rəsmilər qeyd edir ki, Azərbaycanla münasibətlərdə strateji mahiyyətlidir Ona görə ki, o İran sərhədyanı şiyə ölkəsidir.Ehtimal olunur ki, münasibətlərin möhkəmləndirilməsi İsrailin Milli təhlükəsizliyi üçün vacibdir.

Hesab edirəm ki, bu rəsmi siyasət Qərb ölkələrinin əksəriyyətinin diktatura hesab etdiyi bir ölkəyə kütləvi şəkildə silah satışını ört-basdır etmək və bununla da qanuniləşdirmək məqsədini daşıyır. İsrail diktaturalara kütləvi şəkildə silah və silah satışı ilə tanınır.

İsrail Afrika və ya Şərqi Asiyadakı diktaturalara silah satdıqda, hökumət bunu milli təhlükəsizlik zəminində əsaslandıra bilməz, çünki bu ölkələr İsrail üçün bir başa təhlükə altında deyil.

Amma Azərbaycanın timsalında hökumət ictimai qınaqdan qaçmaq üçün silah satışını milli təhlükəsizlik mülahizələri ilə əsaslandırır.

Tarixdən bilirik ki, İsrail İranda şah, Cənubi Afrikada aparteid kimi diktaturalarla möhkəm əlaqələr quranda hakimiyyət dəyişikliyindən dərhal sonra həmin ölkələrin vətəndaşları arasında İsrailə qarşı böyük düşmənçilik yaranmışdı.

Güc dəyişikliyindən və ya neft ehtiyatları tükəndikdən sonra Azərbaycanda da belə olacaq. Buna görə də İsrailin siyasəti uzaqgörəndir.

Daha çox göstər
Back to top button