İctimaiyyət

AİHM Q. İbadoğlunun işi ilə bağlı müvəqqəti tədbirlər görüb

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib və Azərbaycan hökumətinə suallar göndərib. 

AİHM Məhkəmənin Reqlamentinin 39-cu qaydasını əsas tutaraq bu qənaətə gəlib.

AİHM-nin qərarı müdafiə tərəfin Qubad İbadoğlunun səhhətinin kəskin pisləşməsi ilə əlaqədar ev dustaqlığına keçirilməsindən imtina haqqında müraciəti əsasında qəbul edilib.

AİHM Azərbaycan hökumətindən İbadoğlunun səhhətinin qorunmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

Daha çox göstər
Back to top button