BaşlıcaSiyasət

İranlı  ekspert: “Türkiyə əgər  İranla yaxınlaşma məqsədi güdürsə, öz siyasətinə yenidən baxmalıdır”

İran və Türkiyənin bir sıra regional məsələlərdə, o cümlədən Qafqazla bağlı  fikir ayrılığı var. Bu haqda  “İran” qəzetinə müsahibəsində iranlı beynəlmiləlçi Ehsan Movahedian deyib.

Movahedianın sözlərinə görə, Türkiyənin Atatürk dövründən bəri Cənubi Qafqaza çıxışı proqramı  var.

“Türkiyə əgər  İranla yaxınlaşma məqsədini güdürsə, regional siyasətinə yenidən baxmalıdır. İranın Türkiyə üzərində lazımi təsir rıçaqları var.

Lakin o, qonşuluq siyasətinə, özünün və bütün qonşu dövlətlərin ərazi bütövlüyünün qorunmasına inanır, ona görə də baxışlarına zidd davranış nümayiş etdirməyib” –  deyərək Movahedian vurğulayıb.

Daha çox göstər
Back to top button