BaşlıcaSiyasət

Hansısa qurumdakı hansısa katibənin sözlərini şərh etmək fikrində deyiləm: Alen Simonyan

Ermənistan parlamentinin spikeri Alen Simonyan son günlər Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərgin vəziyyətdən danışıb.

O bu barədə “news.am”ın suallarını cavablandırıb:

“Mən buna gərginlik deməzdim, sualların olduğu, dəqiq cavabların olmadığı bir vəziyyət adlandırardım. Suallar isə bunlardır: Rusiya öz prezidentinin imzası ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəkmi? Laçın dəhlizinin manesiz fəaliyyəti bərpa olunacaqmı? Bizim 120 min soydaşımız orada girovluqdadır”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın bir gün əvvəl səsləndirdiyi və Simonyanın açıqlamalarını “kobudluğa bənzəyən bir şey” adlandırmasına gəlincə, Simonyan bildirib:

“Mən hansısa departamentin hansısa katibəsinə cavab vermək fikrində deyiləm. Bu, mənim səviyyəm deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var, cavab versinlər”.

Daha çox göstər
Back to top button