BaşlıcaBeynəlxalq

Makron yaxın günlərdə Ermənistana səfər etməyəcək

Fransa Prezidenti Emmanuel Makron yaxın günlərdə Ermənistana səfər etməyəcək. Ermənistan İctimai Radiosunun məlumatına görə, belə bir səfər nəzərdə tutulmayıb.

Bundan əvvəl Makronun sentyabrın 9-10-da Ermənistana səfər edəcəyi barədə məlumat yayılmışdı. Makronun Yerevandan sonra Bakıya da səfər edəcəyi də qeyd edilib.

Fransa Prezidenti daha öncə bəyan etmişdi ki, o, Ermənistan və Azərbaycan liderləri ilə danışıqlar aparacaq və Dağlıq Qarabağın nizamlanması ilə bağlı yeni diplomatik təşəbbüslə çıxış edəcəkdir.

Daha çox göstər
Back to top button