BaşlıcaSiyasət

Aİ hazırda Azərbaycanla imzalanmış enerji üzrə Anlaşma Memorandumunun dayandırılmasını nəzərdən keçirmir: Borrel

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel Artsaxdakı humanitar böhrana toxunub.

O qeyd edib ki, 2023-cü il 26 iyunda Xarici Əlaqələr Şurasında Ermənistanla Azərbaycan arasında münasibətlər məsələsi ayrıca gündəm kimi müzakirə edilib və Ali Nümayəndə Laçın dəhlizinin demək olar ki, tam blokadaya alınması ilə əlaqədar vəziyyətin pisləşməsinə dair icmal təqdim edib.

O, xarici işlər nazirlərinə humanitar böhran təhlükəsi barədə xəbərdarlıq edib və Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etmək çağırışını çatdırıb.

“Avropa İttifaqı hazırda Azərbaycanla 2022-ci ilin iyulunda enerji məsələləri üzrə imzalanmış anlaşma memorandumunun dondurulmasını nəzərdən keçirmir”.

O, sözügedən sənədi Aİ-nin enerji mənbələrinin diversifikasiyası üzrə səylərinin bir hissəsi adlandırıb.

Daha çox göstər
Back to top button